ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və İraq təhlükəsizlik qüvvələrinin ölkənin qərbində “İslam Dövləti” (İD, Rusiya Federasiyasında qadağan olunmuş) terror qruplaşmasının yaraqlılarının məhv edilməsi üzrə birgə əməliyyatı zamanı 7 amerikalı hərbçi yaralanıb. . Bu barədə “Associated Press” amerikalı hərbi rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alanların hamısının vəziyyəti stabildir.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ ordusu və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində 15 İŞİD yaraqlısını məhv etdiyini bildirib. Onun X (keçmiş Twitter) səhifəsindəki yazıya görə, yaraqlılar çoxsaylı silahlar, qumbaralar və partlayıcı kəmərlərlə silahlanıblar.
Bildirilir ki, mülki əhali arasında itki yoxdur və əməliyyat İslam Dövlətinin “İraqlı mülki şəxslərə, habelə vətəndaşlarına, müttəfiqlərinə və tərəfdaşlarına qarşı hücumlar planlaşdırmaq, təşkil etmək və həyata keçirmək imkanlarını zəiflətmək məqsədilə qruplaşmanın liderlərinə qarşı yönəlib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































