İnsanlarda Y xromosomu yavaş-yavaş yox olur. Bu kişilərin gələcəyi üçün nə deməkdir?

İnsanlarda Y xromosomu yavaş-yavaş yox olur. Bu kişilərin gələcəyi üçün nə deməkdir?


İnsanların və digər məməlilərin cinsi cinsi xromosomlarla müəyyən edilir.Əgər qadın fərdlərdə iki X
xromosom varsa, kişilərdə X-lərdən birinin əvəzinə Y xromosomu olur.Alimlər insan Y
xromosomunun cırlaşmağa uğradığını və bir neçə milyon il ərzində yox ola biləcəyini
bildiriblər.“ScienceAlert” yazır ki, əgər yeni cinsi xromosom inkişaf etdirməsək, bu, bizim yox
olmamıza səbəb ola bilər. Yaxşı xəbər budur ki, bu artıq siçovullarda baş verib.
Alimlər müəyyən ediblər ki, Y xromosomu 166 milyon il ərzində 900-ə qədər aktiv geni itirib.Bu
sürətlə, son 55 gen 11 milyon ildən sonra yox olacaq.Y xromosomu, embrionun inkişafı zamanı kişi
cinsini təyin edən ən vacib geni ehtiva edir.
Əsas cinsi gen 1990-cı ildə təsvir edilmiş və SRY adlandırılmışdır.O, bütün onurğalılarda erkək
cinsinin əsas determinantı olan SOX9 adlı genlə genetik bir yolu işə salır.
Xoşbəxtlikdən, tədqiqatçılar bilirlər ki, gəmiricilərin ən azı iki nəsli artıq Y xromosomunu itirmiş və
hələ də sağ qalırlar.Bunlar köstəbək siçovulları və tüklü siçovullardır.Onların Y xromosomu və erkək
cinsini təyin edən SRY geni tamamilə yox olub.X xromosomu hər iki cinsdə tək və ya cüt variantda
qalır.
Köstəbək siçanlarının SRY geni olmadan cinsi necə təyin etdiyi hələ də aydın deyil, lakin elm
adamları siçovulları daha yaxşı başa düşürlər.Məlum olub ki, erkəklərin genomlarında hələ də
dişilərdə olmayan müəyyən ardıcıllıqlar var.
Təkamül nöqteyi-nəzərindən Y xromosomunun yox olması qaçılmazdır.Ancaq insanlığın çoxalması
üçün hələ də kişilərə və onların spermalarına ehtiyacı var.Beləliklə, Y xromosomunun yox olması
bəşər övladının yox olmasının xəbərçisi ola bilərmi?
Alimlərin yeni kəşfi alternativ bir ehtimal ortaya qoydu - insanlarda cinsi təyin edən yeni gen inkişaf
etdirilə bilər.Ancaq yeni cinsi genin təkamülü risklərlə bağlıdır.Məsələn,dünyanın müxtəlif
yerlərində birdən çox yeni cinsi təyinetmə sistemi inkişaf edərsə.Bu, planetdə bir neçə fərqli insan
növünün peyda olması ilə nəticələnə bilər.
Beləliklə, 11 milyon ildən sonra Yer kürəsində bir dənə də olsun insan qalmaya bilər və ya eyni anda
fərqli cinsiyyət sistemləri ilə ayrılan bir neçə fərqli insan növü meydana çıxa bilər.
Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az