Taliban qadınların ictimai yerlərdə danışmasını qadağan edir

Taliban qadınların ictimai yerlərdə danışmasını qadağan edir

Keçən həftə Əfqanıstandakı taliblər "fəziləti təbliğ etmək və pisliyi aradan qaldırmaq" məqsədi
daşıyan yeni qanunlar qəbul edib.“BBC” xəbər verir ki, digər şeylərlə yanaşı,indi qadınlara
ictimai yerlərdə yüksək səslə hər hansı bir şey söyləmək və üzlərini evdən kənarda göstərmək
qadağandır.
qanunu Talibanın ali lideri Heybətullah Axundzadə təsdiqləyib.Öz növbəsində, Birləşmiş
Millətlər Təşkilatı yeni qondarma "pislik və fəzilət məhdudiyyətləri"ni pisləyib və onların
qəbulundan narahatlığını bildirib.BMT-nin yüksək səviyyəli rəsmisi bazar günü xəbərdarlıq edib
ki, yeni qanunlar Əfqanıstanın gələcəyi ilə bağlı narahatlıqları artırır.
Yeni qaydalar toplusu “möhtasabin”-ə (Talibanın əxlaq polisi) əfqanların ictimai həyatına -
onların nə geyinməsindən və ictimai yerlərdə necə görünməsindən, vətəndaşların nə yeyib-
içməsinə qədər - müdaxilə etməyə imkan verir.Yeni qanuna görə, qadın səsi ictimai yerlərdə
eşidiləndə də “əxlaqsızlıq” sayılır.Yeni məhdudiyyətlərdə deyilir: “Yetkinlik yaşına çatmış qadın
zərurət üzündən evdən çıxanda səsini, üzünü və bədənini gizlətməlidir”.Nazirlik artıq şəriət
qanunlarına əsaslanan oxşar əxlaq tələblərini tətbiq edir və onlara əməl etmədiyi üçün minlərlə
insanı həbs etdiyini bildirir.
Bəzi məhdudiyyətlər kişilərə də aiddir.Belə ki, evdən kənarda olduqları zaman onların
bədənlərini göbəkdən dizə qədər örtmələri tələb olunur.Onlara qadının bədəninə və üzünə
baxmaq da qadağandır və onların saqqalı yumruq uzunluğunda olmalıdır. Əxlaq qanunu kişilərə
qalstuk taxmağı da qadağan edir.


Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az