Gürcüstanın müxalifət mediası öz mənbələrinə istinadən yazır ki, hakim “Gürcü arzusu”
partiyası pravoslavlığı dövlət dini elan etməyi planlaşdırır. Bu barədə məlumatı müxalif “Formula TV” kanalı bildirib.
Jurnalistlər müəyyən ediblər ki, “Gürcü arzusu”nun seçki proqramının “sirli” məqamında
pravoslavlığın dövlət dini elan edilməsi nəzərdə tutulur – bu məlumat onlara bir neçə mənbə
tərəfindən təsdiqlənib.
Bazar ertəsi, avqustun 26-da Gürcüstan Patriarxlığı hakimiyyətdən belə bir təşəbbüsün gizli şəkildə alınmasından sonra artıq bu məsələ ilə bağlı ən yüksək səviyyəli ruhanilərin iştirakı ilə
iclas keçirib.
Bütün Gürcüstanın Patriarxı II İlya guya bunun lazım olmadığını və belə bir addım üçün tarixi
məqamın hələ yetişmədiyi arqumenti ilə buna qarşı çıxır. Həmçinin bəzi kilsə xadimlərinin əks
arqumenti ondan ibarətdir ki, belə olduğu halda kilsə dövlətdən daha az müstəqil olacaq.
Hələ hakimiyyətdən rəsmi açıqlamalar verilməyib, lakin "Gürcü arzusu"nda açıqşəkildə"Gürcüstanın kimliyini və milli dəyərlərini qorumağı" hədəflədiklərini və partiyanın
qurucusu Bidzina İvanişvilinin yaxın gələcəkdə cəmiyyətə "Gürcüstan və xristian inancı üçün ekzistensial çəki məsələsi"barədə məlumat veriləcəyini söyləyiblər.
Almaz Həsənli
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































