Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)sədri
vəzifəsindən istefa verib. Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının yeni sədri seçilib.
APA-nın xəbərinə görə, bu barədə məsələ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK)) növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.
Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament
seçkilərində iştirakına vaxt az olduğuna görə AHİK sədri vəzifəsindən istefası qəbul edilib və
qurultay iştirakçıları yekdilliklə Sahib Əli oğlu Məmmədovun namizədliyinə səs veriblər.
Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub, Kiyev Dövlət Universitetinin beynəlxalq
hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ildən
İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini təyin edilib.
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































