Böyük Britaniya hakimiyyəti baş nazirin Dauninq-stritdəki iqamətgahında, orada əsas siçantutan
kimi xidmət edən 17 yaşlı pişik Larrinin (“Larry the Cat”) ölümü ilə bağlı xüsusi plan hazırlayıb.
Bu barədə “The Times” yazır.
Plan "Larry Bridges" (Larri Brices) adlanır və kral ailəsi üzvlərinin ölümünə hazırlıqları
təfərrüatları qorumaq üçün verilən kod adlarına ironik bir istinaddır.
Bu kədərli hadisə üçün Larrinin ölüm xəbərindən sonra dərc olunacaq fotoşəkilləri artıq seçilib.
Onlar dövlət sistemlərində qapalı qovluqlarda saxlanılır. Bundan əlavə, press-reliz və sosial
şəbəkələrdə dərc üçün materiallar hazırdır.
Pişik Larri Dauninq-stritə 2011-ci ildə sığınacaqdan gəlib. O zaman baş nazir Devid Kemeron
idi. O vaxtdan bəri Baş Sıçantutan daha dörd hökumət başçısının Tereza Mey, Boris Conson, Liz
Trass və Rişi Sunakın hakimiyyətdın getdiklərinin şahidi olub.
Pişik Larrinin hesabı X sosial şəbəkəsində çox populyardır, burada onlar müntəzəm olaraq tam
ştatda olan siçantutan adından Böyük Britaniyadakı siyasi hadisələri şərh edirlər. Belə ki, iyul
ayında baş nazir Rişi Sunakın istefası xəbərindən sonra bir qeyd ortaya çıxdı: "Rişi Sunak
istefası üçün krala müraciət etdi, lakin Kir Starmer hələ baş nazir təyin edilməyib, bəs baş nazir
kimdir? Mən".
Eyni zamanda, çox gənc olmamasına baxmayaraq, pişiyin özü hazırda özünü yaxşı hiss edir. Bu
barədə onun X sosial şəbəkəsindəki səhifəsində bildirilir.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































