İlk ağciyər xərçənginə qarşı peyvənd sınaqları yeddi ölkədə başlayıb. “The Guardian”
xəbər verir ki, Böyük Britaniyada ilk pasiyent xərçəngin ən geniş yayılmış formasını, ağciyər
xərçəngini öldürmək və onun təkrarlanmasının qarşısını almaq üçün nəzərdə tutulan dərmanın
dozasını qəbul edib.
Peyvənd xəstəliyin ən çox yayılmış forması olan kiçik hüceyrəli olmayan ağciyər xərçənginin
(KHDAK) müalicəsi üçün nəzərdə tutulub. Məqsəd, kimyaterapiyadan fərqli olaraq, sağlam
hüceyrələri toxunulmaz qoyaraq, insanın xərçəngə qarşı immun reaksiyasını artırmaqdır.
“BioNTech”şirkəti tərəfindən yaradılmış “BNT116” peyvəndi, xərçəng hüceyrələri ilə mübarizə
aparmaq və immunitet sistemini stimullaşdırmaq üçün COVID-19 peyvəndlərinə bənzər
mRNT(və ya məlumat RNT-si və ya məlumat RNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım
olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT tipidir) texnologiyasından istifadə
edir. Birinci faza klinik sınaqları 34 tədqiqat mərkəzində Böyük Britaniya, ABŞ, Almaniya,
Macarıstan, Polşa, İspaniya və Türkiyədə aparılır.
Tədqiqat xəstəliyin müxtəlif mərhələlərində olan 130-a yaxın xəstəni əhatə edəcək. Peyvənd
immunoterapiya ilə birlikdə istifadə olunacaq. Mütəxəssislər bu yanaşmanın ağciyər xərçəngi
xəstələrinin sağ qalma nisbətini yaxşılaşdırmağa kömək edəcəyinə ümid edirlər.
Almaz Həsənli
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































