Dağlıq Altaydan olan samboçu qız Kseniya Çeponova avqustun 17-də intihar edib. Onun
ölümünü qızın son illərdə məşq etdiyi Novosibirsk vilayətinin Sambo Federasiyası təsdiqləyib.
Telegram-kanalında 17 yaşlı qızın etnik mənsubiyyətinə görə zorakılıqdan bəhs edən yazısı
peyda olub.“Mənim nə günahım var? Mənim qısıq gözlərim var, yoxsa qaradərili adamam? Bəzi
insanlar bunu zarafata çevirənə qədər heç vaxt öz milli mənsubiyyətimdən utanmadım ",-yazıda
deyilir.
“O, birinci dərəcəli idmançı, sambo üzrə idman ustalığına namizəd və beynəlxalq dərəcəli idman
ustası idi. Çoxlu medallar, perspektivlər. Mehriban ailə idilər, anasını çox sevirdi. O, oğlanla
normal şəkildə ayrıldı, hətta bu barədə yazdı ki, onun ölümünə səbəb o deyil. O, komanda
yoldaşları tərəfindən sərt şəkildə zorakılığa (bullinq) məruz qalırdı və əsas da bunu başladan
məşqçinin qızı idi. Onun təklifi ilə ona qısıq göz deyrdilər. Valideynlərinin kollec rəhbərliyinə və
məşqçilərə şikayətləri heç bir nəticə vermədi. Son zamanlar bu daha da güclənmişdi, çünki onları
cəzalandırmadan, onlar bundan sui-istifadə edərək qızı lağa qoymağa davam edirdilər. Yalnız
Novosibirskdə insanlar qeyri-slavyan görünüşünə görə insanları təhqir etmirlər. Rusiyanın hər
yerində belədir”, - “Sibir.Realii” nəşri Kseniyanın rəfiqəsinin sözlərini sitat gətirir.
"Biz altaylılar, yerli sibir xalqlarındanıq.Respublikadan kənarda bizə elə gəlir ki, elə bil yerli
deyil, bura axışıb gələnlərdənik. Slavyan deyilsə, təhqir və hücum edə bilərsən, mərhumun
qohumlarından biri deyir. - Biz polisə müraciət etmişik, hesab edirik ki, bu, intihara təhrik
etmədir. Ancaq heç bir cinayət işi qaldırılmadı. Kseniyanın valideynləri artıq İstintaq Komitəsinə
də getmişdilər-heç bir iş yoxdur", - “Sibir.Realii” nəşri xəbər verir.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































