Almatı şəhərində 65 yaşlı xəstə qadının qarnından 30 kiloqramlıq şiş çıxarılıb, bu barədə
əməliyyatın aparıldığı Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutu məlumat
yayıb.
Xəstə çox iri qarnı ilə xəstəxanaya yerləşdirilib. O, qarın və bel ağrılarından, zəiflikdən və nəfəs
darlığından əziyyət çəkirdi. Təqaüdçünün sözlərinə görə, o, dekabrda xəstələnib, iyulda isə qarnı
sürətlə böyüməyə başlayıb.
Nəhəng kistomanın çıxarılması əməliyyatı üç mərhələdə aparılıb və təxminən iki saat davam
edib. Şişin histoloji müayinəsinin nəticələrinə əsasən xəstəyə “yumurtalıq xərçəngi” diaqnozu
qoyulub.
Elmi-Tədqiqat İnstitutundan bildiriblər ki, cərrahlar hər il oxşar hallarla qarşılaşırlar, lakin nə
onlar nə də ABŞ, Avropa və MDB ölkələrinin onkoloji klinikalardan olan həmkarları heç vaxt bu
ölçüdə şişlərlə qarşılaşmayıblar.
Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra qadın özünü yaxşı hiss edir və bu həftə evə
buraxılacağı gözlənilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































