Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar ki, 90 faizinin təhlükəli olduğu
ortaya çıxıb.
Konyak, spirt və alkoqollu məhsullar istehsalçıları Birliyi və “Antikontrafakt” beynəlxalq assosiasiyasının birgə araşdırması nəticəsində aydın olub ki,nümunələrin demək olar ki, yarısının tərkibində üzüm mənşəli olmayan spirtlər aşkar edilib,bu barədə “TASS”xəbər verir.
Tədqiqat aparmaq üçün Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarında 20-
dən çox ticarət markalarının on ən böyük erməni istehsalçısından 200 konyak nümunəsi alınıb.Nəticələr göstərib ki, onlardan 177-də, yəni 89 faizində pozuntular var. Yalnız 23 nümunə GOST və Rusiya qanunvericiliyinə tam uyğundur.
"Tədqiqat nəticələri təəccüblü oldu. Müəyyən sayda pozuntu aşkar edəcəyimizi gözləyirdik, amma mağazalardakı konyakların təxminən yarısının tamamilə saxtalaşdırılması şoka səbəb oldu. Maraqlıdır ki, bir marka seçmək keyfiyyət zəmanəti deyil. Eyni markanın nümunələri bir doldurma tarixindən normalara uyğundur, digər tarixdən isə tərkibində üzüm mənşəli olmayan spirtlər var", - “Antikontrafakt” beynəlxalq assosiasiyasının baş direktoru Kristina Skripnik deyib.
Bununla əlaqədar olaraq,“Antikontrafakt” beynəlxalq assosiasiyası Ermənistan Respublikasından
idxal edilən alkoqollu məhsullara əlavə nəzarət tədbirlərinin görülməsi xahişi ilə Baş Prokurorluğa, Federal Gömrük Xidmətinə və “Rosalkogolrequlirovanie”-yə müraciət edib.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































