ABŞ-da qocalmanı ləngidəcək və hətta geri qaytara biləcəyi gözlənilən dərman sınaqdan keçirilir, bu barədə “ABC” telekanalının bölmələrindən biri cümə günü məlumat verib.
“Əgər telomerləri artıra bilsəniz, kök hüceyrələri çoxalda və onları təmir etməyə davam edə bilərsiniz, beləliklə, sözün əsl mənasında daha gənc görünə bilərsiniz”,-“Telomir Pharmaceuticals”-ın baş direktoru doktor Kristofer Çapmen ilə tədqiqatda əməkdaşlıq edən Klivlend Klinikasından olan doktor Maykl Royzen belə hesab edir.
Dərman artıq iki qoca itdə - ölümcül xərçəng xəstəsi olan Alman çoban iti və artritli Nyufaundlenddə uğurla sınaqdan keçirilib. Onların sahiblərinin sözlərinə görə, hər iki heyvanın vəziyyəti qısa müddət ərzində xeyli
yaxşılaşıb. Yeni dərmanın sayəsində bədən kök hüceyrələrini çoxaltmağa başlayır və "sözün əsl
mənasında cavanlaşa" bilər, “ABC”qeyd edir.
İnsanlar üzərində klinik sınaqlarının da 2025-ci ildə başlaya biləcəyi deyilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































