Kirayə mənzil bazarında ən böyük problemlərdən biri də oğlanlara evlərin verilməməsidir. Bu problemlə daha çox tələbələr rastlaşır. Moderator.az-a sözügedən problemlə bağlı son günlər bir neçə müraciət daxil olub. Bu da normaldır, çünki az bir müddətdən sonra bölgələrdən paytaxta təhsil almaq üçün tələbələr gələcək. Belə olan halda onlar yenə də böyük problemlərlə rastlaşacaqlar.
Moderator.az-a açıqlama verən Əmlak məsələləri üzrə ekspert Münasib Ağakişiyev bildirir ki, bu problem hər zaman aktualdır:
"Oğlan uşaqlarına ev verilməməsi problemi bundan qaynaqlanır ki, deyirlər ki, oğlan uşaqları evi təmiz saxlamırlar, evə yaxşı baxmırlar, tələbə yoldaşları çox gəlib-gedir, səs küy yaranır, qonşuları narahat edirlər. Bununla əlaqədardır. Ona görə də evin sahibi istəmir ki, oğlanlara ev versin, başları ağrısın, sonradan problem yaransın. Oğlan uşaqları əvvəldən bir problem olub, şüuraltı kimi qalıb ki, oğlanlar evi yaxşı saxlamırlar. Belə baxanda xanım tələbələrə də kirayə əksər hallarda verilmir. 3 adama ev verirlər, bir də görürsən ki, 5 nəfər yaşayır. Bir də görürsən tələbə zəng edir ki, 5 nəfər idik, biz 3 nəfər qalmışıq, olar üzərimizə düşən kirayə haqqını verək? Ev yiyəsi də burada qınanılmamalıdır. Tək adama, ailəyə ev kirayə vermək daha əlverişlidir. Bəzən isə elə oğlan uşaqlarına rast gəlirik ki, evi ailəli insanlardan yaxşı saxlayırlar. Sadəcə olaraq ev yiyələri ordan-burdan eşitdiyi sözlərə görə bu cür hərəkət edirlər".
Ekspert bu problemdən çıxış yolunu yataqxanaların daha çox tikilməsində görür.
"Çıxış yolu ancaq yataqxanalardır. Türkiyə universitetlərinin hər birinin yataqxanası var. Oğlanlar ayrı qalır, qızlar ayrı. Universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşdirilməli, yanlarında yataqxana tikilməlidir. Çox acınacaqlı vəziyyətdir. Yataqxanalar yox dərəcəsindədir. Biz də həmin valideynlərin qarşısında pis vəziyyətdə qalırıq. Yataqxanalar tikilsə tələbələr bu əziyyəti çəkməzlər. Onlar birdəfəlik biləcəklər ki, universitetin yataqxanası var, dərs başlayanda gələcəklər və öz otaqlarında qalacaqlar. Bu problemdən hər mövsüm vaxtı tələbələr çox əziyyət çəkir, biz bunun şahidi oluruq. Həm də valideynlər əziyyət çəkir, hər kəs düşür çöllərə, hamı ev axtarır", - deyə Münasib Ağakişiyev bildirib.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































