Ukraynada çətənə bitkilərinin (Cannabis) dövriyyəsinə dövlət nəzarəti ilə bağlı, avqustun 16-da Ukraynanın bir sıra qanunvericilik aktlarına düzəlişlər edəcək 3528-IX saylı qanun qüvvəyə
minib. Qanun cari ilin fevral ayının 16-da qüvvəyə minsə də, lakin altı ay sonra fəaliyyətə
başlayıb.
Qüvvəyə minən qanuna görə, təhsil, elmi və texniki məqsədlər üçün, eləcədə xəstələrin lazımi müalicəsini yaxşılaşdıracaq dərmanların istehsalı üçün çətənədən istifadəyə icazə verilir.
Belə ki, istehsala bütün mərhələlərdə ciddi nəzarət ediləcək və becərməyə yalnız müvafiq lisenziya və “GMP” sertifikatı almış hüquqi şəxslərə icazə verilir. Eyni zamanda, becərmə 24 saat videomüşahidə və əraziyə polisin girişi altında aparılacaq. Məhsulun xəstəyə hərəkətini izləmək üçün hər bir bitki fərdi olaraq kodlaşdırılacaq.
Tibbi kannabis əsasında dərmanlar yalnız xəstənin vəziyyətindən asılı olaraq həkim tərəfindən
təyin ediləcək elektron resept vasitəsilə əldə edilə bilər.
Hal hazırda Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və Kanada da daxil olmaqla, 56 ölkədə tibbi kannabis əsasında hazırlanan dərmanlara icazə verilir.Bu dərmanlar xərçəng xəstələrinə kimyaterapiyanın yan təsirlərini aradan qaldırmaq üçün, qlaukoma, anoreksiya, Tourette sindromu, şizofreniya, epilepsiya, psixoz və həmçinin digər xəstəliklər üçün də uğurla istifadə olunur.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































