Müharibə müxbirinin Kursk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarənin onun avtomobilinə hücumu nəticəsində ağır yaralandığı haqda xəbər verilmişdi.
Ağır yaralandıqdan sonra VGTRK-nın müharibə müxbiri Yevgeni Poddubnı xəstəxanadan ilk
müsahibəsini verib. VGTRK-nın jurnalisti Yevgeni Popov avqustun 11-də öz Telegram kanalında söhbətin bir hissəsini dərc edib. O,avqustun 7-də yaralandığı axşam haqqında demək olar ki, heç nə xatırlamadığını qeyd edib.
"Kontuziya olduğum üçün, etibarlı bir şey söyləmək mənim üçün çətindir. Maşında yanğın olduğunu xatırlayıram. Yadımdadır ki, maşına atəş açmışdılar. Ümidsizcə yaşamaq istədiyimi xatırlayıram. Uşaqlarımdan narahat olduğumu xatırlayıram " deyib. Yevgeni Poddubnı özünün hazırda reanimasiyada olduğunu bidirib.
Əvvəllər bildirildiyi kimi,hərbi müxbir Poddubnı yaralandığı gün Kursk vilayət xəstəxanasında reanimasiyaya yerləşdirilib, ona lazımi tibbi prosedurlar aparılıb və onun Moskvaya aparılmasına qərar verilib. Ona ağır yanəqlar, kəllə-beyin travması və üz travması diaqnozu qoyulub, vəziyyəti ağır olaraq qalır.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































