“Beynəlxalq Polietilen Paketdən İmtina Günü“ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
"Report" xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2 033 litr olan plastik, 235 litr olan şüşə və 1 040 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr əldə ediblər.
Tədbirdə maraqlı viktorinalar, müxtəlif müsabiqələr təşkil olunub, ekokönüllülər kətan üzərində şəkillər çəkib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, o cümlədən ictimaiyyətə polietilen paketlərin zərərləri və alternativləri haqqında məlumat vermək məqsədilə keçirilir.
Qeyd edək ki, polietilen paketlərin ətraf mühitə olan zərərləri haqqında əhalini maarifləndirmək və onların istifadəsindən imtina edərək daha ekoloji alternativlərə keçidi təşviq etmək məqsədilə hər il 3 iyul tarixində “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” qeyd olunur.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































