Milli Məclisin deputatı Vahid Əhmədovun Qaradağ rayon prokuroru vəzifəsində çalışan oğlu Zəfər Əhmədov vəzifəsindən azad edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Yenisabah.az xəbər verir ki, deputatın oğlunun postundan uzaqlaşdırılması ilə bağlı xəbər müzakirəsiz ötüşməyib. Sosial şəbəkələrdə bu qərarın onun atası ilə bağlı olduğuna dair məlumatlar yayılıb. İddia olunub ki, Vahid Əhmədov növbəti dəfə deputatlığa namizəd olmaq fikrinə düşdüyü üçün hakimiyyətdəki bəzi dairələr onu cəzalandırmağa qərar verib.
"Yeni Sabah" məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, Zəfər Əhmədovun vəzifəsindən azad ediliməsinin onun atası ilə heç bir əlaqəsi yoxdur: "Zəfər Əhmədov sabiq baş prokuror Zakir Qaralovun əmri ilə 3 iyul 2019-cu ildə Qaradağ rayon prokuroru vəzifəsinə təyin olunmuşdu. O, bu vəzifədə sələfi Natiq Abdullayevi əvəzləmişdi. Bu il iyilun 3-də 5 illik müddət başa çatdığı üçün Əhmədov tutduğu vəzifədən uzaqlaşdırıldı. Sosial şəbəkələrdə iddia edildiyinin əksinə olaarq, o, prokurorluq orqanlarından xaric edilməyib, sadəcə, sərəncama götürülüb".
Mənbə deyib ki, sərəncama götürülən şəxslərə sonradan etimad göstərilməsi hallarına hüquq-mühafizə orqanlarının təcrübəsində tez-tez rast gəlinir.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































