Bizdə bələdiyyəni qapıdan qovurlar

Bizdə bələdiyyəni qapıdan qovurlar

Hər bir vətəndaş bələdiyyəyə torpaq almaq üçün müraciət edir. Bu torpaq artmır, çoxalmır ki?! Nə var, odur. Şəhid ailəsi və qazilərə 1 dəfə olmaqla, pulsuz torpaq sahəsi ayrılmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin sonuncu iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Azərbaycanda çox böyük nümunəvi bələdiyyələr var. 50-dən artıq bələdiyyə adı sadalaya bilərəm ki, istehsal müəssisəsi də, bağçası da, məktəbi də var.

Türkiyə nümunə çəkilir. Vergi ödənmədiyi zaman Türkiyədə bələdiyyə şəxsi polisə verir, mülkə möhür vurdururlar. Bizdə bələdiyyəni qapıdan qovurlar.

Qanunlar bu gün üçün yazılmır, gələcək üçün yazılır. Gələcəkdə bələdiyyənin imkanları artacaq və məktəb, nəqliyyat və digər sahələrdə səlahiyyətlərini həyata keçirəcək. İnşallah, oktyabrdan bələdiyyələr birləşməyə başlayacaq”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az