"Uşaqların həddindən artıq rəqəmsal məzmundan istifadə etməsi bir sıra mənfi təsirlərə səbəb ola bilər".
Bu sözləri Rusiyanın Pediatrlar İttifaqının üzvü Dmitri Malıx bildirib.
Onun sözlərinə görə, uşaq həyətdə dostları ilə gəzməkdənsə, sosial şəbəkələrə üstünlük verirsə, bu, onun səhhətini pisləşdirə bilər.
"İnternetdən və smartfonlardan asılılıq akademik performansı pisləşdirə, yaddaşı azalda və ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Çox vaxt indiki uşaqlar həyətdə müxtəlif oyunlar oynamaq əvəzinə sosial şəbəkələri seçir", - deyə Malıx qeyd edib.
O əlavə edib ki, bu tendensiya davam edərsə, yaxın onillikdə xəstəliklərin beynəlxalq təsnifatında yenisi - məsələn, alkoqol və nikotin asılılığı ilə eyni səviyyədə olan rəqəmsal asılılıq kimi bir xəstəlik meydana çıxacaq. Məqaləni oxu.az-a istinadən paylaşırıq.
Azərbaycanpolisi.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi.jpg)




















































