Sudanlılar əsas səhiyyə xidmətlərinə çıxışın olmaması səbəbindən ölür və bəzi bölgələr aclıq riski altındadır.
“Report” xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Sudanda dünyanın ya unutduğu, ya da məhəl qoymadığı müharibə gedir”, - deyə baş direktor bildirib. “Ölkə dünyanın ən böyük humanitar böhranı ilə üzləşib. Münaqişədən təsirlənən bölgələrdə xəstəxanaların 70 %-dən çoxu işləmir. İnsanlar əsas səhiyyə xidmətlərinə və dərmanlara çıxışın olmamasından ölür. Bəzi bölgələrdə isə kütləvi aclıq riski çox realdır", - deyə Qebreyesus əlavə edib.
O, Sudanda rabitədəki nasazlığın xəstəliklərə nəzarət sisteminə təsir etdiyini xüsusi vurğulayıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































