Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi və 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” markalı avtomat 40 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub. Məlumatı mia.gov.az yayıb.
Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 1980-cü il təvəllüdlü Məmmədov Əşrəf üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb. Ə.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































