Sərt karantin elan olunan ərazilərdə karantin postlarından cərimələnərək geri qaytarılan nəqliyyat vasitələri digər postlardan keçməyə cəhd edərsə, yenidən cərimələnə bilər.
Mediainfo.az xəbər verir ki, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bəzən bu cür hallara da rast gəlinə bilər. Ola bilər ki, nəqliyyat vasitəsi postda saxlanılır, cərimələnərək geri qaytarılır. Amma həmin şəxs digər ərazidəki karantin postundan keçməyə cəhd edir. İcazəsiz evdən çıxdığı üçün həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə cərimələnərək geri qaytarılır. Həmin şəxs əgər digər postdan keçməyə cəhd edərsə, o yenidən həmin maddə ilə təkrar cərimələnir".
K.Əliyev bildirib ki, növbəti şənbə-bazar günləri də sərt karantin elan olunan şəhər və rayon ərazilərində karantin postları yenidən qurula bilər: "Bu barədə hələ ki dəqiq qərar yoxdur. Amma bu, vəziyyətin gedişindən asılıdır. Əgər zərurət olarsa, marşrut postları və xüsusi texniki vasitələrlə də yollarda nəzarət gücləndirilə bilər".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































