İspaniyanın cənubundakı Malaqa şəhərində havanın temperaturu 29,9 dərəcəyə yüksəldiyi halda, bunun ölkə tarixində dekabr ayında indiyə qədər qeydə alınan ən yüksək temperatur olduğu bildirilib.
İspaniya Meteorologiya İnstitutu dekabrın 12-i çərşənbə axşamı yerli vaxtla saat 14.20-də Malaga şəhərində hava istiliyinin 29,9 dərəcə olaraq təyin edildiyini açıqlayıb.
“Dekabr ayında ən yüksək temperatur rəsmi qeydlər başlayandan bəri İspaniyada ilk dəfə aşkar edilib” deyən İspaniya Meteorologiya İnstitunin rəsmisi daha əvvəl dekabr ayı üçün Malaqada ən yüksək hava istiliyinin 24,5 dərəcə olduğu barədə məlumatı da paylaşıb.
Son bir həftədir cənub bölgələrində temperaturların mövsüm normalarının üzərində olduğu İspaniyada Valensiya, Almeriya və Malaga kimi sahil şəhərlərində çimərliklərdə çimən və günəş vannası qəbul edən insanların görüntüləri xəbər bülletenlərində yayımlanır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































