Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.
Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























