İran İslam Respublikasındakı Azərbaycan Respublikasının səfirliyinə dəhşətli terror hücumundan üç il ötür.
Azerbaycanpolisi.az xəbər verir ki, 27 yanvar 2023-cü ildə İran vətəndaşı Yasin Hüseynzadə avtomatla silahlanaraq Tehrandakı Azərbaycan səfirliyinə hücum etdi. Nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov həlak oldu, daha iki nəfər - Vasif Tağıyev və Mahir İmanov yaralandı.
Yasin Hüseynzadə tezliklə həbs edildi. Yasin Hüseynzadəyə 28 yanvar 2024-cü ildə verilmiş ölüm hökmü 21 may 2025-ci ildə icra edildi. Məhkəmə prosesi zamanı səfirliyimizin iki əməkdaşı və Azərbaycan tərəfindən təyin edilmiş bir vəkil edamı izlədi.
"Bu terror aktını törədən şəxsə mümkün olan ən sərt cəzanın verilməsi Azərbaycanın İran tərəfindən gözləntilərindən biri idi. Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, qəbul edən ölkənin diplomatik nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək və bu cür hərəkətlərin qarşısını almaq üçün müvafiq tədbirlər görməsi həmişə vacibdir", - deyə Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bildirib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























