Dövlət Təhlükəsizlik Xidmətinin Balakənin sabiq icra başçısı İslam Rzayevin həbsi ilə bağlı görüntüləri yaymasından sonra onun personası yenidən müzakirə mövzusuna çevrilib. Dünəndən bəri mediada Rzayevin əməllərinə dair yeni faktlar tirajlanır.
“Yeni Sabah” bildirir ki, Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. Balakən sakinlərindən biri sayta açıqlamasında deyib ki, 14 il icra başçısı vəzifəsində çalışan İslam Rzayev özünü dövlət qulluqçusu deyil, rayonun ağası kimi aparırmış. Tabeliyində çalışan şəxslərlə kobud rəftar onun xarakteri üçün vazkeçilməz xüsusiyyət olub.
Məlumatlara görə, İslam Rzayev təkcə icra hakimiyyətinin əməkdaşlarına deyil, hətta ona tabe olmayan vəzifəli şəxslərə də qanunsuz göstərişlər verirmiş. O, regional təhsil idarəsinin müdiri, baş həkim, maliyyə idarəsinin rəisi, sosial təminat şöbəsinin sədri və digər vəzifəli şəxsləri həmişə təzyiq altında saxlayıb. Balakəndə müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurları tez-tez kabinetinə çağırıb məzəmmət etmək Rzayevin sevimli məşğuliyyətlərindən biri olub. Balakənlilər onun dilindən "Bakıdakıları yaddan çıxarın, sizin ağanız mənəm" sözlərini tez-tez eşidirmiş. Onun razılığı olmadan rayonun heç bir xəstəxanasına baş həkim, heç bir məktəbə direktor təyin edilmirmiş. Hətta seçkili qurum olan bələdiyyələr də icra başçısının öz “üsulları” ilə formalaşırmış.
Balakəndə idarə və təşkilat rəhbəri olan bəzi məmurların bu münasibətdən narazı qaldığı üçün Rzayevdən tez-tez mərkəzə şikayət etdiyi bildirilir.
İslam Rzayev son iki ildə haqqında ən çox şikayət edilən icra başçılarından biri olub.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































