Ötən ilin dekabrında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsinin qəzaya uğraması zamanı şəhidliyə ucalan Hökumə Əliyevanın anasının sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub.
Oxuməni.az Olke.az-a istinadən xəbər verir ki, müzakirələrə səbəb anasının qarşısında H.Əliyevanın fotosu olan tortun qoyulmasıdır.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib. Qeyd olunub ki, tortun üzərinə şəhidin fotosunun yerləşdirilməsi onun ruhuna, eləcə də ailəsinə hörmətsizlikdir.
Fotonun avqustun 8-də H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilib. Sözügedən fotoda şəhidin anasından arxada AZAL əməkdaşlarının dayandığı görünür. Buna görə də, AZAL tənqidlərin hədəfi olub.
AZAL-dan bildirilib ki, sözügedən tədbirin təşkilatçısı qurum deyil, tortu onlar sifariş verməyiblər və qurum dəvət edilmiş heyətlə yalnız qonaq kimi tədbirdə iştirak edib.
Hökumə Əliyevanın atası Cəlil Əliyev açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiklərini söyləyib.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































