“Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək və bu səlahiyyət Tarif Şurasına həvalə edilib. Gözlənti budur ki, aylıq sabit tarif 1 manat olacaq - yəni, işlətdiyimiz elektrik enerjisinin dəyərinin üzərinə əlavə 1 manat da gələcək”.
Oxuməni.az “Bakupost.az”a istinadla xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Onun fikrincə, bu səlahiyyətin Tarif Şurasına verilməsi doğru qərar deyil:
“Çox güman, Tarif Şurasının qərarı ilk olaraq aylıq 1 manat olacaq, amma, kim zənanət verə bilər ki, bir neçə aydan sonra Tarif Şurası gecənin qaranlığında, vətəndaşlar yatanda oyanıb (məşhur "mafiya" oynunda olduğu kimi), tarifi artırmayacaq?!
Ona görə də, mütləq hökumət bu qərarı vətəndaş qəzəbinin ünvanı kimi düşünülmüş Tarif Şurasına həvalə etməməli, məsuliyyətin konkret ünvanı olmalı, Nazirlər Kabineti sabit tarifin, ən azı üç il 1 manat olacağı ilə bağlı öhdəlik götürməlidir. Məsuliyyətin mütləq "adı və soyadı" bəlli olmalıdır, mücərrəd Tarif Şurasına bu işi tapşırmaq olmaz.
Ümumiyyətlə, Tarif Şurasının fəaliyyəti büdcəyə təsir edir deyə, Ana Yasaya zidd qurumdur, çünki, bu səlahiyyət parlamentə aiddir...”
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























