Mediainfo.az- Axar.az-a istinadən rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, teleaparıcı Yevgeni Mixaylovla Yaxın Şərqdəki son vəziyyətlə bağlı müsahibəni təqdim edir:
– Yaxın Şərqdə, xüsusən də İran cəbhəsində vəziyyət gərgindir. ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı qlobal koalisiyanın yaradılacağını açıqlayıb. Bütün bu baş verənlərin fonunda yaxın gələcəkdə fəal müharibəyə keçid realdırmı?
– ABŞ-ın Yaxın Şərq qayığını yırğaladığı tamamilə aydın görünür. Mayk Pompeonun İrana qarşı mübarizə aparmaq üçün böyük hərbi koalisiya yaratmaq haqda olan bəyanatları bir zəncirin halqalarıdır və İranın əsas regional oyunçu kimi zərərsizləşdirilməsinə yönəlib.
– Azərbaycanın bu prosesdə mövqeyi sizə necə görünür?
– ABŞ-ın ən azından Dövlət Departamentinin siyasət xəttinə dəstək vermək üçün Azərbaycandan dəstək ala biləcəyinə şübhə edirəm. Bundan əlavə, fikrimcə, Azərbaycan bu məsələdə öz müstəqil oyununu oynayır. Xüsusilə də rəsmi Bakı ilə Moskva Suriya münaqişəsinin həlli istiqamətində İran və Türkiyə ilə birgə planlar həyata keçirir.
– Yaxın Şərqdə gərginliklərin nəticəsi olaraq yeni dövlətlər yarana bilərmi?
– Məncə, Yaxın Şərqdə yeni dövlətlərin formalaşması hələ də qeyri-realdır. Üstəlik, kürdlərin dövlətçilik iddiaları olduğuna görə Türkiyə hər cür müdaxilə edəcək.
Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi olduğundan, məntiqi nəticələr baxımından demək olar ki, Bakı da yeni dövlətlərin formalaşmasında maraqlı deyil. Azərbaycan özü Qarabağda separatizmdən əziyyət çəkir və regionda belə halların baş verməsinə qarşıdır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































