Aprel ayında nikaha daxil olmaq istəyən şəxslərin 400 nəfərində talassemiya daşıyıcılığı, 52 nəfərində siflis, 1 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. Bu sözləri Modern.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, ötən ay 12500 nəfər nikaha daxil olmaq üçün tibbi müayinədən keçib.
"Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 130 min nəfər müayinədən keçib. Onlardan 6 min 921 nəfərdə talasemiya daşıyıcılığı, 415 nəfərdə siflis, 75 nəfərdə isə QİÇS aşkarlanıb. 54 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb".
Z.Əlimirzəyevanın sözlərinə görə, bu günə qədər 6 cütlük evlənməkdən imtina edib.
"Onların hır ikisi talassemiya daşıyıcısı olduğu üçün evlənməkdən imtina edib".
İnstitut direktoru bildirib ki, artıq tərəflər nişan olmazdan öncə gəlib tibbi müayinədən keçirlər.
"Yaxşı haldır ki, bizə tərəflər nişanlanmazdan öncə müraciət edir, tibbi müayinədən keçirlər. Nikah vaxtı bunu öyrənmək bir az gec olur, amma onlar müayinə nəticələrini öyrənərək, gec olmadan qərarlarını verirlər", deyə Z.Əlimirzəyeva qeyd edib.
Mediainfo.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































