- Özün haqqında məlumat verərdin?
- Mən rəqqasə Aytən 1982-ci il aprelin 20-də Şuşada anadan olmuşam. Orta təhsilimi 36 nömrəli məktəbdə almışam. Atam şuşalı, anam ağdamlıdır. Bir qızım var.
- Ailədə neçə uşaq olmusunuz?
- İki uşağıq - bir qardaşım, bir də mən.
- Niyə məhz sənət adamı olmaq istədin?
- Əslində bu birdən-birə oldu. Belə fikirdə deyildim. Üç il Küveytdə yaşadım. Bakıya gəldikdən sonra bu qərara gəldim və heç də peşman deyiləm.
- Sənətin pik nöqtəsi var. O nöqtəyə asanlıqla çatacağına inanırdın?
- Xeyr. O haqda heç fikirləşmirdim. Amma istədiyimdən də daha çox uğur qazandım.
- Həmkarlarından kimin ifasını dinləyirsən?
- Dinləməyə elə də vaxtım olmur. Amma efirdə görəndə dinləyirəm. Demək olar ki, Aygün Kazımovanı, Röyanı daha çox dinləyirəm.
- Qalmaqal burulğanına düşmüsən?
- O qədər... Amma cavablarını da yerində vermişəm.
- Aytən necə dostdur?
- Hamı bilir ki, Aytən pis günün dostudur.
- Yaradıcılığında nə kimi yeniliklər var?
- Hazırda Asena ilə işbirliyim davam edir. İkinci klipə başlayırıq. Türkiyədə çox sevilən aktyor oynayacaq. İnanıram ki, inşallah, maraqlı klip olacaq.
- Uşaqlığında hansı arzularla böyüyürdün və səni necə çağırırdılar?
- Uşaqlıqda çox ərköyün və həm də evin ən sevimli uşağı olmuşam. Uşaqlıqda həmişə arzulayırdım ki, həkim olum.
- Şəxsi həyatında xoşbəxtsən?
- İnanın, səmimi deyirəm, çox xoşbəxtəm.
- İlk dəfə həyat yoldaşınla necə tanış oldun?
- İlk məhəbbətim olub. 15 yaşında o insanla ailə həyatı qurdum.
- İlk dəfə səni küçədə tanıyanlar olanda hansı hissləri keçirtdin?
- İlk öncə çox həyəcanlanırdım, sonradan alışdım.
- Son zamanlar yaşadığın ən sevimli anlar hansıdır?
- İnanın, mən bir iş görəndə heç vaxt tələsmirəm, çox fikirləşirəm və məsləhətləşirəm. Ona görə də yaşadığım hər bir gündə sevincli anlarım oldu.
- Şou-biznesin qanunların kim yazır?
- Mənə aid olanları özüm yazıram.
- Bir çox rəqqasələr var ki, özünə titul götürür. Bəs sənin titulun var?
- Məni tamaşaçılarım sevsin, ehtiyac yoxdur titula. Mənim üçün əsas xalqın fikri önəmlidir.
- Plastik əməliyyatlara münasibətin necədir? Sən özün plastik əməliyyat etdirmisən?
- Çox əla baxıram. Çünki efir hər zaman gözəllik tələb edir. Mən şəxsən burnumu əməliyyat etdirmişəm, başqa heç yerimi. Çünki ehtiyac yoxdur.
- Toylara gedirsənmi?
- Əlbəttə gedirəm, yarım saatı 1000 manata.
- Ürəkdən haçan ağlamısan?
- Atamı itirəndə.
- Prodüserin varmı?
- Bəli var. Hansı prodüser işin düzgün qursa hər zaman yanımdadır.
- Bu yaxınlarda Aşıq Namiqlə sazı sintez etdiniz. Bir çoxları yaxşı qarşılamadı. Bu sizi narahat etmədi ki?
- Yox, heç narahat etmədi, əksinə, hamını maraqlandırdı ki, bu haqda danışdılar. Bundan sonra çalışacağıq yeniliklər çox olsun.
- Sənət dostlarının efirdə göz yaşı axıtmaqlarına necə baxırsan?
- Normal baxıram. Çoxlarına da inanıram. İnanıram ki, həqiqi göz yaşlarıdır.
- Məndə olan məlumata görə Türkiyədə sən kimisə döymüsən və böyük qalmaqal olub.
- Düz eşitmisiniz. Erməni qızı ilə çox pis davamız oldu, başına 12 tikiş qoydular. Mən haqlı idim, günah məndə olmadı, amma yaxşıca döydüm onu.
- Səncə incəsənət qurban tələb edir?
- Qətiyyən qurban tələb etmir.
- Qısqancsan?
- Çox qısqancam.
- Qüsurun nədir?
- Çox sadəlövhəm, hər kəsə inanmağım da elə bundan irəli gəlir.
- Şou-biznesdə özünü görürsən?
- Əlbəttə, 15 ildir bu sahədəyəm.
- Həyatında hansı illəri yenidən yaşamaq istərdin?
- Uşaqlıq illərimi.
- Konsert haqqında düşünürsən?
- İnşallah, 2 klipdən sonra fikirləşmişəm ki, Asena ilə konsert verək. Bu yaxınlarda olacaq.
- Şəlalə nə deməkdir sənin üçün?
- Dağlardan gələn çaydır.
- Aparıcılarda sevdiyin və ya sevmədiyin hansı xüsusiyyətlər var?
- Hərdən olur ki, bəzi danışıq tərzləri xoş olmur. Hiss edirsən ki, savadsızdırlar. Bütün aparıcıları sevirəm, bəzilərinə şamil edirəm. Çox vaxt əsəbiləşirəm, yanlış şeyləri adama yaxırlar. Bir də mənim sənətimə toxunmasınlar.
- Hisslərinlə ağlın arasında tez-tez qalırsan?
- Hərdən olur.
- Özünü hansı nağılın qəhrəmanına bənzədirsən?
- Uşaq vaxtları olurdu o hisslər. Artıq özümü nağıllar aləmində hiss etmirəm.
- Asena ilə klip çəkdirdin. Səmimi ol, sponsor ödədi xərcləri?
- Xeyr, sponsorum yoxdur. Özüm görürəm bütün işlərimi. 23 avro xərclədim klipimə.
- İnsanın sevgisi haçan güclü olur?
- Qarşısındakı ona dəyər verəndə və hörmət edəndə.
- Rəqqasəlikdən başqa əlindən nə gəlir?
- Dərs deyirəm, 30 tələbəm var. Bu yaxınlarda çox gözəl biznes quracağam.
- Səni nə əsəbiləşdirə bilər?
- Haqsızlıq.
- Kaprizlərin var?
- Həddindən çoxdur, tələbkaram.
- Həmkarların kimi sən də oxumaq istəyirsən?
- İndi yalnız rəqqasəliklə məşğulam. Sadəcə elə-belə ifa etdim, amma ola bilər ki, nə vaxtsa ifa edim. Elə-belə bir həvəs idi.
- Niyə burda klip çəkdirmirsən, Türkiyədə çəkdirirsən?
- Burda bir çox kliplər çəkdirdim, amma istədiyimi ala bilmədim deyə orada çəkdirdim. Bundan sonra ikinci klipimi də orada çəkdirəcəyəm.
- Şou-biznesin açarı kimin əlindədir?
- Məncə heç kimin əlində deyil.
- Arıq qalmağının sirri nədir?
- Demək olar ki, idmanla məşğulam, birdə ki, rəqs edirəm, ona görə də quruluşum məni qane edir.
- Bəs şou-biznesdə hansısa qanunu müğənnilərdən yazsa tabe olarsan?
- Rəqsimlə bağlı kimsə mənə tabe ola bilər, müğənniləri deyə bilmərəm.
- Bəzi insanlar var ki, sənin hesabına qalmaqal edib gündəmə gəlmək istəyirlər. Belələrinə cavabın nədir?
- İnanırsan, bunların hamısından mənim xəbərim belə olmur. Bir verilişə dəvət alıram və görürəm bir həyat qadını gəlib mənə rəqsdən və geyimdən danışır. Bu da məni qıcıqlandırır. Sözüm budur ki, iş görsünlər. Daha hər dəvət edilən verilişlərə ona görə çıxmıram.
- Sevgi nə deməkdir sənin üçün?
- Sevgi çox şey deməkdir - vətənə, övlada və sairə.
Şəlalə NƏRİMAN
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































