- Samir, Yeni ili harada qeyd elədin?
- Mən 2014-cü ili evimdə qeyd elədim. İki gün evdən bayıra çıxmadım. Amma Yeni il qabağı dostlarımla qeyd etmişdim.
- Samir, bu ilin saç düzümü necə olacaq?
- Bu il uzun, qara saçlar, əsasən kəkillər modda olacaq. Hətta qarışıq saçlar çox gündəmdə olacaq.
- Geyimlər necə olmalıdır?
- Geyimlərdə ağ-qara insanlara uğur gətirəcək. Ağ-qaraya üstünlük versələr yaxşı olar. Qırmızı, göy, sarı geyinmək olmaz. Çünki uğursuz rənglər olacaq. Kim də geyinsə onlara neqativ təsir edəcək.
- Bəs makiyaj?
- Ən çox gözlərin makiyajı qara rənglərlə olacaq. Çünki at gözü kimi uzun olmalıdır Zoğalı, tünd dodaq boyası dəbdə olacaq, əsasda "Koko Şanel" stili.
- 2014 girər-girməz hansısa müğənnilərdən səninlə işbirliyinə müraciət edənlər olubmu?
- İnanın, çoxdandır mənə müraciət edənlər var, mən "yox" deyirəm. Çünki mənim stilimə uyğun deyillər. Çoxluq kişi müğənniləri təşkil edir. Heç ağlınıza gəlməz ki, əməkdar artistlər mənimlə işləmək istəyir. Sadəcə, işlərim çoxdur deyə razı olmuram.
- Bir stilist kimi bu il bəyəndiyin müğənnilər kim oldu?
- Sevda Ələkbərzadənin geyimlərini çox bəyəndim bu il. İşlədiyim müğənnilərin adlarını çəkmirəm, sonra deyəcəklər ki, özünü reklam edir. Mənim reklama ehtiyacım yoxdur. Bu il dəbli müğənnilərdən öz üzərində işləyən Nura Suri, Humay Qədimova, Sevda Sanaliyeva, hətta Yaqut Nərimanın saç düzümünü, geyimlərini bəyəndim. Fikirləşmə bacındır, ona görə deyirəm. Millilik, məsumluq onda çoxdur. Axır vaxtlar da onun "Yar gəldi", "Haydı, bana müsahidə" mahnılarını çox bəyəndim. Qaldı bəyənmədiklərimin də adını çəkmirəm, çünki onlar həmişə toylara gedən sarısaçlardı. Onları hamı tanıyır, nəyə görə adlarını çəkim ki? Sonra desinlər ki, özünü bizimlə reklam etdi. Həmişə də karnaval makiyajında çıxırlar həm efirə, həm də toylara.
- Səmimi ol, Əlikram Bayramovla nəyi bölə bilmirsiniz?
- Əlikram özünü reklam etmək istəyir mənimlə. O da alınmayacaq. Günlərin bir günü klipmeyker Nail Naiboğlu mənə zəng elədi ki, Əlikramın mahnısı üçün yeni bir imic fikirləş. Mən də sözün düzü, dedim ki, mahnını göndər. Elə oldu ki, gec oldu. Bu da səhərisi çıxıb efirdə mənim haqqımda ağzına gələni danışdı. Əlikram bilir ki, mən onu zövqsüz adlandırıram.
- Bax, Əlikramla işləmək istəməmisiniz. Onu hansı imicdə görürsünüz?
- İnanın, onun mahnısıyla bağlı ilk fikrim bu oldu ki, qəşəng bir şuba, özü də gedib danışmışdım, 15 minlik kirayəyə götürəcəkdik. Bir də başına sarı rəngdə parik qoyardım (gülür). Qeyri-adi obrazda mahnısını oranjiman edərdim rok-caz üslubunda. İnanın, 5 il ondan danışardılar. Sadəcə bəxti gətirmədi, məni ona "yox" dedim. Amma yüksək də qonorar verirdi, heç maraqlı deyildi, çünki işlərim çox idi. Mən əsas niyə əsəbiləşirəm. Çox hörmət bəslədiyim ANS kanalında Elçin Əlibəyli "Açıq söhbət" verilişində Əlikrama sual verir ki, Samiraldonu niyə döymək istəyirsən? Cavab verdi ki, mənə zövqsüz deyir. Elçin bəy sual verdi ki, zövqsüz sözünə görə adam döyərlər? Deyir, o, bir də mənim haqqımda danışsa döyəcəm. Sən məni döyərsən, mən də sənə sillə-təpik vuraram. Məhkəməyə verərəm. Mənim dövlətimin qanunları var. Yel olub, yanımdan keçə bilməzsən. Hünərin çatır, mənə bir zəng elə, de ki, Samiraldo, niyə belə deyirsən? İndi fikirləşirəm ki, bozbaş mahnılarından bir şey çıxmır, mənə ilişib reklam olunmaq istəyir. 2-3 kanala çıxıb məndən danışır. Bu mənim sənətimdir. Aparıcılar, jurnalistlər soruşur, mən də deməliyəm də. Onda niyə stilist oluram ki? Canlı efirdə sual verirlər, mən də deyirəm.
- Jurnalistlərdən, aparıcılardan kimi zövqlü sayırsan?
- Bax, inanın düz deyirəm, bizim jurnalistlər, aparıcılar çox zövqlü geyinirlər. Hətta saç düzümlərinə də belə adam həsrətlə baxır. Hərdən elə jurnalist var ki, deyirəm niyə aparıcı olmursan? Çünki yaraşır, geyim, stili də əladır. Heç bir ölkədə jurnalistlər bizim jurnalistlər kimi geyinmir, qəşəng görsənmir. Prodüserlər də zövqlə geyinir. Fikirləşirsiniz ki, mən qorxub belə deyirəm. Əsla, çünki həmişə hörmət görürəm. ANS kanalında, hətta "Günəbaxan" verilişində İlqar öz tamaşaçıları ilə dəfələrlə mənim üstümdə dalaşıb. "Günəbaxan"ın prodüseri İlhamə Könül də həmişə mənə dəstək olub. Verilişləri canlıdır, imkan verməyiblər ki, gələn qonaqlar məni təhqir etsinlər. Canlı verilişlər olub ki, başqa kanallarda aparıcının əli ilə məni təhqir etmək istəyiblər, hiss etmişəm ki, bu öyrədilib. Başqa kanallarda aparıcı var ki, məni bəyənmir. Mən ona burdan deyirəm: bir özünə güzgüdə baxırsan? Bax da... Əvvəllər enli şalvar geyinəndə, boğazıma şərf taxanda hoydu-hoyduya tuturdular məni. Təsəvvür edin, 5 il bundan qabaq geyindiyimi indi bəziləri edir. Deyir, özüm belə geyindim. Xeyr, sən Samiraldonun geyimini təkrarlayırsan. Bir insan var, o ölüb mənim üçün, adını çəkməyəcəyəm. Allah vursun onu. O gün oturub, efirdən məni təhqir edir. Sonra üzümə deyir ki, 1 nömrəsən, 17 ildir bu sənətdəyəm, mən kimlərlə işbirliyi qurmuşam göz qabağındadır. Eynəklə dəbi ilk dəfə mən gətirdim gündəmə. Sonra bir çoxları eynəklə çıxdı. Bu gün zövqsüzlərin adını çəkmədim, o, deyil ki, qorxuram. Sadəcə, adam utanır onlar haqqında söz deməyə. Amma gələcəkdə ad çəkəcəyəm. Bir də buradan ANS kanalında bütün verilişlərin aparıcılarına öz minnətdarlığımı bildirirəm. "İncə maraqlar"a, "Adam içində" - hamısına məndə çox doğma münasibət var. O kanalda verilişlərə çıxanda rahat oluram. Başqa kanallar məni kloun kimi təqdim edirlər.
- Samiraldo, darıxanda hansı ifaları dinləyirsən?
- Allahımıza and olsun, son dönəmdə Yaqut Nərimanın mahnıları mənə ləzzət edir, qulaq asıram. Bir də "Ay Laçın", "Sarı gəlin" mahnılarına çox qulaq asıram. Qaldı, şou-biznesdə toy müğənnisi çoxdur. Heç vaxt nə yaxşı geyinirlər, nə də oxuyurlar. Onların nəyinə qulaq asım? Bozbaş mahnılarındansa, qulaq asmamaq yaxşıdır. Şou-biznesin yarısı o gündədir.
- Mənim üçün maraqlıdır. Avropa prodüseri Sultanı niyə Ad gününə çağırmamısan?
- Çox gözəl dostdur. Onun anası gəlir mənim salonuma. İstədim ad günümə dəvət edim. Dedi, Röya konsert edir, Bakıda deyil. Ona görə çağırmadım.
Şəlalə NƏRİMAN.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































