Aparılmış müşahidələrə əsasən, ötən illə müqayisədə bu il insanların arasında ölüm hallarında böyük fərq müşahidə olunmur.
Oxumeni.az xəbər verir ki, bu barədə "Exo"ya 8 saylı şəhər poliklinikasının baş həkimi, Helsinki vətəndaş müdafiəsinin tibb komissiyasının sədri Tamilla Kərimova bildirib.O qeyd edib ki, əhali arasında ölüm hallarına görə birinci yerdə ürək-damar xəstəlikləri, ikinci yerdə əsəb xəstəlikləri, üçüncü yerdə isə onkoloji xəstəliklər dayanır.T.Kərimova qeyd edib ki, ölüm cavanlaşıb. İnsanların gündəlik həyatlarında qarşılaşdıqları problemlər onların sağlamlığına mənfi təsir göstərir.
Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Dünya sağlamlıq statistikası – 2013" adlı yeni məruzəsində bildirilir ki, Azərbaycanda ömür müddəti artıb. Belə ki, 1990-cı illə müqayisədə əhalimiz daha çox yaşayır. Əgər 1990-cı ildə Azərbaycanda kişilərin gözlənilən ömür müddəti 60 il təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 69 ilə bərabər olub. Qadınların gözlənilən ömür müddəti isə 66-dan 74 yaşadək artıb.
T.Kərimova qeyd edib ki, orta hesabla qadınlar kişilərdən daha çox yaşayırlar. Ekspertin bildirdiyinə görə, kişilərin erkən ölümü ürək-damar sistemi xəstəlikləri ilə bağlıdır. Qadınlarla müqayisədə kişilər daha çox siqaret çəkir və içki içirlər. Məlumdur ki, siqaret çəkmək nəfəs orqanlarının xərçəngi, ciyərlərin xroniki xəstəlikləri, ürəyin işemik xəstəliyi və s. səbəb olur. Bundan başqa, sosial və peşə vəziyyəti ilə əlaqədar kişilər daha çox psixi-emosional yüklənmələr, xroniki əsəb gərginliyi, stress yaşayırlar. Ümumlikdə, kişilər öz sağlamlıqlarına daha məsuliyyətsiz yanaşırlar.
Qadın böhran mərkəzinin həkim-psixoterapevti Azad İsazadə də bir müddət əvvəl "Exo"ya kişilərin qadınlardan daha çox yaşadığını bildirmişdi.
Onun sözlərinə görə, kişilər və qadınların ömür müddətinə bir neçə amil təsir göstərir. İlk növbədə emosional reaksiyalar mühüm rol oynayırlar. Qadınların daha emosional olduğunu nəzərə alaraq, onlarda mənfi emosiyalar toplanmır. Qadınlar bu emosiyaları göz yaşı şəklində çıxara bilirlər. Onlar daha ünsiyyətcildirlər və problemlərini bir-birlərinə danışa bilirlər. Bu zaman kişilər öz problemləri haqqında az adama danışırlar. Onlar hər şeyi özlərində saxlayırlar.
Ekspertin bildirdiyinə görə, bir qayda olaraq, kişilər mənfi emosiyaları boğurlar. Lakin gec-tez bütün bunlar əsəb sistemində, ürək-damar sistemi, mədə-bağırsaq sisteminin fəaliyyətinə öz təsirini göstərir. Mütəxəssis bu faktı emosional-psixoloji adlandırıb.
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































