Türkiyədə konsertlərdən ən çox gəlir əldə edən sənətçilərin adları açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, "Forbes Türkiyə"nin 2026-cı illə bağlı hazırladığı araşdırmada konsert biletlərinin satışından əldə olunan dövriyyə əsasında ən çox qazanan ifaçılar müəyyənləşdirilib.
Reytinqə 15 milyon avroya yaxın konsert gəliri ilə məşhur müğənni Tarkan başçılıq edir. Araşdırmada qeyd olunub ki, Tarkan digər sənətçilərlə müqayisədə daha az səhnəyə çıxsa da, yüksək bilet qiymətləri və satış həcmi ona ilk yeri qazandırıb.
Siyahıda ikinci pillədə 8,3 milyon avro gəlirlə Cem Adrian qərarlaşıb. Müğənni il ərzində 148 konsert proqramı ilə ən çox səhnəyə çıxan sənətçilərdən biri olub.
İlk üçlüyü isə 70 konsertdən təxminən 8,2 milyon avro gəlir əldə edən Derya Bedavacı tamamlayıb.
"Forbes Türkiyə"nin açıqladığı ilk onluqda "Mor ve Ötesi", "Duman", Mahmut Orhan və Blok3 də yer alıb. Gökhan Türkmen 94 konsertdən 7,7 milyon avro, Yıldız Tilbe 31 konsertdən 4,5 milyon avro, Mahsun Kırmızıgül isə 40 konsertdən 4,5 milyon avro gəlir əldə edib.
Araşdırmada yalnız konsert biletlərinin satışından formalaşan dövriyyə nəzərə alınıb.
Ən çox gəlir əldə edən sənətçilər:
Tarkan – təxminən 15 milyon avro
Cem Adrian – 8,3 milyon avro (148 konsert)
Derya Bedavacı – 8,2 milyon avro (70 konsert)
Gökhan Türkmen – 7,7 milyon avro (94 konsert)
Yıldız Tilbe – 4,5 milyon avro (31 konsert)
Mahsun Kırmızıgül – 4,5 milyon avro (40 konsert)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
























































