Qlobal bazarda Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 dollar və ya 1,07% artaraq 73,71 dollara çatıb.
Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Ticarət bağlandıqdan sonra sentyabr ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 69,88 dollar olub.
Türkiyənin Ceyhan limanında Azərbaycan neftinin qiyməti FOB-da 0,67 dollar və ya 0,95% artaraq bir barel üçün 71,15 dollara çatıb.
Azərbaycanın bu il üçün dövlət büdcəsində neftin qiyməti 65 dollar olaraq proqnozlaşdırılır.
Xatırladaq ki, Azeri Light markalı xam neftin minimum qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar), maksimum qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi müqaviləsi çərçivəsində hasil olunur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müqavilədə 31,65% paya malikdir.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























