Azərbaycanda köhnə su sayğacları tarixə qovuşur. Belə ki, istismar müddətini başa vurmuş mövcud sayğaclar uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov açıqlama verib. Onun sözlərinə görə su sayğac sistemi tamamilə elektronlaşdırılacaq. Artıq prosesə start verilib.
Maraqlıdır, yeni sayğacın quraşdırılması üçün abonentdən hər hansı ödəniş tələb olunurmu?
Bakupost xəbər verir ki, ADSEA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq əhali kateqoriyasına aid abonentlər üçün sayğacların dəyişdirilməsi tamamilə ödənişsiz həyata keçirildiyi bildirilib:
“Köhnə su sayğaclarının yeni nəsil sayğaclarla əvəzlənməsinə başlanılıb. Dəyişdirmə prosesi istismar müddətini başa vurmuş sayğaclar üzrə mərhələli şəkildə həyata keçirilir. Belə ki, quraşdırılma tarixindən mexaniki sayğaclar üçün 12 il, smart sayğaclar üçün isə 10 il keçmiş sayğacların dəyişdirilməsinə start verilib.
Bu proses bütün xidmət ərazilərini əhatə edir və hər hansı konkret bölgə ilə məhdudlaşmır.
Sayğacın sökülməsi, yenisinin quraşdırılması və istismara verilməsi ilə bağlı abonentlərdən heç bir ödəniş tələb olunmur”.
Qeyd edək ki, İ.Bayramovun sözlərinə görə, hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur və onların əksəriyyətinin istismar müddəti başa çatıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























