Ölkədə ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ikitərəfli elektrik sayğacları tətbiq olunur.
Azerbaycanpolisi.az “Unikal2a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələrdə "yaşıl zona" konsepsiyası tətbiq olunur və ətraf mühitin dayanıqlığına və iqtisadi səmərəliliyə xüsusi diqqət yetirilir.
Hüseynov qeyd edib ki, yaşayış binalarına günəş panelləri quraşdırılır və ikitərəfli sayğacların istifadəsi sakinlərə yalnız elektrik enerjisi istehlak etməyə deyil, həm də artıq enerjini şəbəkəyə ötürməyə imkan verəcək.
"Layihələrin təkcə ekoloji tarazlığı qorumaqla yanaşı, həm də sakinlərin büdcəsinə müsbət təsir göstərməsi bizim üçün vacibdir", - deyə o vurğulayıb.
Xüsusi nümayəndə əlavə edib ki, azad edilmiş ərazilər müasir və enerjiyə qənaət edən texnologiyaların tətbiqi üçün platformaya çevrilir və bu texnologiyalar sonradan ölkənin digər bölgələrinə də paylana bilər.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























