Bakı-Tiflis qatarının fəaliyyətini 26 mayda bərpa edəcəyi ilə bağlı məlumat rəsmi təsdiqləndikdən sonra bu sual sosial şəbəkələrdə aktiv müzakirə edilir: bilet neçəyə olacaq?
Azerbaycanpolisi.az “Bakupost.az”a istinadla xəbər verir ki, bununla bağlı öz fikirlərini nəqliyyat eksperti Elməddin Muradlı da paylaşıb.
“Bakı-Tiflis qatarının yenidən fəaliyyətə başlamasını hamımız arzu edirik. Amma bu məqamlara diqqət edək və tələsməyək:
Birincisi, Bakı–Tiflis marşrutu üzrə tariflərin müəyyənləşdirilməsi yalnız bir tərəfin qərarı ilə formalaşmır. Burada həm Azərbaycan, həm də Gürcüstan ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları birlikdə nəzərə alınır.
Xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir. Bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilir.
İkincisi, Bakı–Tiflis reysi üzrə bilet qiymətləri, bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən məzənnə dəyişikliklərindən də asılı olur.
Təxmini hesablamalara görə, biletin qiyməti 80-100 manat aralığında olacaq. Çünki gürcülərdə infrastruktur bahadır”, - o qeyd edib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























