Fransa, Nigerdən fransız dövlət atom enerjisi qrupu “Orano”-nun qovulmasından sonra Botsvananın uran yataqlarına çıxış əldə etməyə çalışır. Oxuməni.az "TASS"a istinadla xəbər verir ki, bu barədə “Business Insider Africa” xəbər portalı məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda Orano rəhbərliyi Nigerdəki itkilərini kompensasiya etmək məqsədilə atom enerjisi üçün uran filizi axtarışında fəal şəkildə yeni mənbələr axtarır. Fransız qrupunun Afrikada diqqət mərkəzində Botsvana olub, bu ölkə öz mədən sənayesini şaxələndirmə proqramını həyata keçirir, burada almaz hasilatı sektoru üstünlük təşkil edir.
“Jeune Afrique” jurnalı xəbər verib ki, Orano rəhbərləri aprel ayında rəsmi səfərlə Fransada olan Botsvana prezidenti Duma Boko ilə görüşüb.
Botsvananın ərazisində, o cümlədən ən böyük işlənməmiş yataqlardan biri olan Letlhakane də daxil olmaqla, bir sıra uran yataqları aşkar edilmişdir. Ümumi milli uran filizi ehtiyatları 142 milyon tona yaxın qiymətləndirilir. Bu göstəriciyə görə Botsvana Afrikada dördüncü yerdədir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























