Hər iki valideynini itirmiş şəxslərlə bağlı pensiya məsələsi tez-tez verilən suallardandır.
Nocomment.az xəbər verir ki, qanunvericiliyə əsasən, belə şəxslərə valideynlərinin hər ikisinin əmək pensiyası eyni vaxtda təyin edilmir. Valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanmış pensiya kapitalı hesablanır və nəticədə yalnız bir pensiya – məbləği daha yüksək olan valideynin pensiyası təyin edilir.
Yəni, şəxs həm atasının, həm də anasının pensiyasını ayrıca-alrı ala bilməz. Hesablama zamanı hər iki valideynin iş stajı, əməkhaqqı və yığılan pensiya kapitalı nəzərə alınır, daha yüksək məbləğ hansıdırsa, həmin pensiya təyin olunur və şəxs o pensiyanı alır. Əlavə olaraq, qeyd etmək lazımdır ki, hər iki valideynini itirmiş şəxslər adətən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ilə təmin olunurlar. Bu pensiya hüququ uşağın 18 yaşına qədər, əgər əyani təhsil alırsa 23 yaşına qədər, əlilliyi varsa əlillik müddəti ərzində ödənilə bilər. Pensiya almaq üçün isə vəfat edən valideynlərin rəsmi iş stajının və sosial sığorta ödənişlərinin olması əsas şərtlərdən biridir.
Pensiya təyin olunması üçün müraciət şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi, doğum haqqında şəhadətnamə və təhsil alırsa təhsil haqqında arayışla birlikdə Dövlət Sosial Müdafiə Fonduna edilir. Pensiya məbləği isə valideynlərin topladığı pensiya kapitalına uyğun olaraq hesablanır.
Azərbaycanpolisi.az
Bağdadda SEPAH-ın beş məsləhətçisi öldürüldü
Bakıda tükürpədici olay: Dayısı 9-cu sinif şagirdinə... – DETALLAR
Beyləqanda 65 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Tərtər rayonunda iki qardaşın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
Sevgilisini başından güllələdi
İki dost arasında dava: Ölən var
Şəmkirdə ana və oğlu döyüldü
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü














































