“Yaxın Şərqdəki geosiyasi gərginlik və müharibə neftin dünya bazarındakı qiymətlərini artırıb. Lakin bu artım Azərbaycanda benzin və dizel qiymətlərinə birbaşa təsir göstərməyəcək. Çünki ölkədə yanacaq qiymətləri bazar prinsipləri ilə deyil, Tarif Şurası tərəfindən tənzimlənir”.
"Yeni Sabah" xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
O qeyd edib ki, benzin və dizelin qiyməti adətən illik inflyasiya, istehsal xərcləri və digər iqtisadi amillər nəzərə alınmaqla dəyişir. Praktikada isə qiymətlərin aşağı salınması halları demək olar ki, müşahidə olunmur, yəni ucuzlaşma ehtimalı çox aşağıdır:
“Benzin və dizelin bahalaşması yalnız o halda mümkündür ki, onların istehsal və ya logistika xərclərində artım baş versin. Hazırda dünya bazarında neftin qiymətinin artması isə əsasən dövlət büdcəsinə və Neft Fondunun gəlirlərinə müsbət təsir göstərir. Bu baxımdan neftin bahalaşması Azərbaycan dövləti üçün müəyyən mənada əlverişli hesab olunur. Yanacağın ucuzlaşması isə indiyədək faktiki olaraq yalnız bir dəfə baş verib və bu da digər yanacaq növlərinin qiymətində dəyişikliklə bağlı olub. Ümumiyyətlə, Azərbaycanda tez-tez istifadə olunan yanacaq növlərinin qiymətləri müəyyən edilərkən həm beynəlxalq bazar, həm də qonşu ölkələrdəki qiymətlər nəzərə alınır. Buna baxmayaraq, ölkə daxilində yanacaq qiymətləri bir çox dövlətlərlə müqayisədə hələ də aşağı səviyyədə qalır. Bu səbəbdən də yaxın dövrdə yanacağın ucuzlaşacağı ehtimalı çox aşağı qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, Azərbaycan neft ixracatçısı ölkə olduğuna görə daxildə qiymətlər hələlik stabil qalır. Yaxın Şərqdəki gərginliyin əsas təsiri isə dünya bazarında neftin bahalaşması və bunun nəticəsində büdcə gəlirlərinin artması ilə məhdudlaşır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































