Azərbaycanda əmək müqavilələrinin ləğv edilə bilməyəcək işçilərin siyahısının genişləndirilməsi təklif olunur.
Azerbaycanpolisi.az “Report”a istinadla xəbər verir ki, bu, İnsan Hüquqları Müdafiəçisinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin müzakirəsinə çıxarılıb.
Qeyd olunur ki, 60 yaşdan yuxarı şəxslərlə əmək müqavilələrinin ləğvinə qadağa qoyulması təklif edilir.
Qüvvədə olan qanunvericiliyə əsasən, işəgötürənlərə əmək müqavilələrini ləğv etmək qadağandır:
-hamilə, 3 yaşdan kiçik uşağı olan qadınlarla; tək başına üç yaşa qədər uşaq böyüdən kişilərlə;
-məktəbəqədər yaşlı uşağı tək başına böyüdən, gəlirinin yeganə mənbəyi mövcud iş yeri olan işçilərlə;
-müvəqqəti əmək qabiliyyətini itirmiş işçilərlə.
Məruzədə əksini tapan təkliflər arasında, həmçinin, azı 35 il dövlət qulluğu stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik vətəndaşların siyahısına daxil edilməsi nəzərdə tutulur.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























