Abxaziya ərazisindən keçməklə Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi müzakirə edilir.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk məlumat verib.
Rusiya dövlət mediasının yaydığı xəbərə görə, Overçuk bildirib ki, hazırda Qafqaz regionunda bağlanmış nəqliyyat yollarının açılması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, bu çərçivədə Abxaziya üzərindən Rusiya Federasiyası ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin yenidən qurulması da nəzərdən keçirilir.
Baş nazir müavini əlavə edib ki, Ermənistan tərəfinin müraciətinə uyğun olaraq, Rusiya Ermənistanın iki dəmir yolu sahəsinin bərpası haqqında əsaslı danışıqlara başlamaq qərarına gəlib. Bu, Ermənistanın Yerasx rayonunda Azərbaycan dəmir yolları ilə, həmçinin Axuryan yaşayış məntəqəsi rayonunda Türkiyənin dəmir yolları ilə birləşməsini təmin edəcək.
Overçukun fikrincə, bərpa edilməli olan sahələrin ümumi uzunluğu 1,6 km və 12,4 km təşkil edir. Onun sözlərinə görə, dəmir yolu sahələrinin bərpası Rusiyaya Naxçıvanla (Azərbaycan), Türkiyə ilə – Aralıq dənizi limanlarına çıxışla, həmçinin İranla – Fars körfəzi və Hind okeanı limanlarına çıxışla birbaşa dəmir yolu əlaqəsi imkanı verəcək.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























