Azərbaycan ərazisindən Ermənistana mayeləşdirilmiş qazın tranziti imkanı açıqdır, biznes özü qərar verəcək ki, ondan istifadə etsin, yoxsa yox. Oxuməni.az “news.am”a istinadla xəbər verir ki, bu barədə fevralın 6-da, Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib.
"Azərbaycan ərazisindən mayeləşdirilmiş qazın tranziti imkanı mövcuddur, biz onu açmışıq. Biznes ondan istifadə edəcək, yoxsa yox... Digər bərabər şərtlər daxilində, dəmir yolu daha ucuzdur, lakin insanlar bu sahəyə böyük vəsait yatırıblar, məsələn, maşın alıblar. Bu halda, maşınla getmək iqtisadi cəhətdən daha sərfəlidir. Lakin maşın icarəyə götürməli olan təşkilatlar üçün dəmir yolu daha rahat ola bilər. Bəzən Lars bağlı olur. Alternativ var", - nazir deyib.
Papoyan qeyd edib ki, Azərbaycan ərazisindən mayeləşdirilmiş qazın tranziti imkanı həm də rəqabət yaradır: hətta qiyməti diktə edə bilən şirkətlər də bunu edə bilməyəcəklər, çünki dəmir yoluna alternativ yaranıb.
Onun nəqliyyat müqaviləsi ilə bağlı bəyanatından sonra mayeləşdirilmiş qaz partiyasının Azərbaycan ərazisindən Ermənistana çatdırılıb-çatdırılmadığı barədə suala Papoyan cavab verib: "Bu bir prosesdir, hətta dərhal başlasaydı belə, onun başa çatacağına əmin deyiləm".
Xatırladaq ki, Gevorq Papoyan yanvarın sonunda Ermənistan və Azərbaycan arasında Azərbaycan ərazisindən mayeləşdirilmiş qaz və bitumun dəmir yolu ilə daşınması barədə razılığa gəlindiyini elan etmişdi. O qeyd etmişdi ki, iş adamları artıq bu imkandan istifadə edə bilərlər.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































