Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci ilin ildə 9% azalaraq 856 (1455 manat) dollara düşüb.
1 ton Aİ 95 = 1333 litr = 1455 manat (idxal qiyməti)
1 litr = 1 manat 9 qəpik.
1 litrə 7 qəpik yol vergisi.
18% ƏDV.
Azerbaycanpolisi.az “Bakupost.az”a istinadla xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, satışdakı qiymətləri sadəcə SOCAR və onun törəmə şirkətləri müəyyən edir:
“Deməli belə: 2025-də idxal qiyməti 1 manat 9 qəpik, 7 qəpik yol vergisi, 19 qəpik ƏDV = 1 manat 35 qəpik. Satılır 1 manat 60 qəpiyə. Hər litrdən 25 qəpik qazanc.
Həcminə baxaq: Premium markalı avtomobil benzinin ixrac həcmi isə 2025-ci ilin ilk 11 ayında 128 min ton olub, yəni, 170 mln. 624 min litr. Yəni, dekabr ayını çıxasaq, 2025-ci ilin ilk 11 ayında Premium benzinin inhisarçısı 42 mln. 656 min manat pul qazanıb.
Hə, niyə inhisarçı deyirəm – çox sadə, Aİ 95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, güya, bazar qiyməti müəyyən etməlidir. Amma, bazarda cəmi 1 oyunçu var – SOCAR-ın törəmə şirkətləri, qiyməti də onlar müəyyən edir. Rəqabət olsaydı, hər litrinə 25 qəpik qazanc olan biznesə çox oyunçu daxil olmaq istərdi ki, bu da, qiymətlərin aşağı çəkilməsinə xidmət edərdi.
2025-ci ildə Aİ 95-in idxal qiyməti 9% ucuzlaşsa da, pərakəndə satış qiyməti ucuzlaşmayıb...”
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































