"Hər il ölkə başçısının müvafiq sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir".
Oxu.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də yayımlanan "Hədəf" proqramında sualları cavablandırarkən deyib.
Nazir vurğulayıb ki, 2026-cı ildə də 1.1 milyon vətəndaşın pensiyalarının indeksləşdirilməsi nəzərdə tutulub:
"İndeksasiyanın təqribən 9 faiz səviyyəsində həyata keçirilməsi təmin olunacaq. Mexanizm Dövlət Statistika Komitəsi (DSK) tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq tətbiq edilir. Qeyd olunan qurum bu rəqəmləri elan etdikdən sonra indeksasiyanın dəqiq məbləği müəyyənləşəcək. Həmçinin işləyən şəxslərin fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitallarının da indeksləşdirilməsi 2026-cı ildə nəzərdə tutulub".
A.Əliyev vurğulayıb ki, 2026-cı ildə də əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması həm nazirlik, həm də Dövlət Məşğulluq Agentliyi üçün əsas prioritetlərdən biri olacaq:
"Agentlik 2026-cı ildə 400 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacağını proqnozlaşdırır".
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































