Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunur. İTV-nin hazırladığı süjetdə bildirilib ki, bahalaşma, xüsusilə, mərkəzə yaxın ərazilərdə və infrastrukturu inkişaf etmiş zonalarda daha çox nəzərə çarpır.
Mütəxəssislərin sözlərinə görə, torpaq qiymətlərinin yüksəlməsinə əhalinin artması, tikinti sektorunda canlanma, yeni yol və kommunikasiya layihələri, eləcə də investisiya marağının güclənməsi səbəb olub. Qeyd edilir ki, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti son illərlə müqayisədə bir neçə dəfə artıb.
Ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını, artımın müəyyən ərazilərdə davam edəcəyini istisna etmirlər.
Bahalaşma ən çox Səbail və Yasamal rayonlarında qeydə alınıb. Ən zəif yüksəlmə isə Qaradağ və Pirallahı rayonlarının payına düşüb.
Sakinlərdən bir çoxu qeyd edir ki, torpaq alışında bahalaşmanı süni şəkildə yaradırlar.
Maklerlər isə bildirirlər ki, ən çox qiymət artımı çıxarışı olan əraziləri əhatə edir.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir.
Həmçinin Xəzər dənizinə yaxın ərazilərdəki torpaqların qiyməti də mərkəzdəkilərlə eynilik təşkil edir. Bunun da əsas səbəbi onların bağ evi təyinatlı olmasıdır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































