Ailə vəzifəsi olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinin cinayət məsuliyyəti yaratması təklif edilib.
Bakupost.az xəbər verir ki, belə bir təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
Şöbə müdiri qeyd edib ki, Cinayət Məcəlləsinin 164-cü maddəsinə bu barədə dəyişiklik edilə bilər:
“Hazırkı qüvvədə olan qanuna görə, hamilə olduğuna və ya himayəsində 3 yaşına qədər övladı olan qadınlar, 3 yaşına qədərki övladını təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi cinayət məsuliyyəti yaradır. Bunu “ailə vəzifələri olan işçilər” ifadəsi ilə əvəz edə bilərik”.
O qeyd edib ki, Əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına bir hal da əlavə edildi:
"Fərdi məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndiriləcək və buna yol vermək işçilərlə əmək müqaviləsinə xitam verilə biləcək. Bu çox önəmlidir. Çünki bəzən sosial işçilər, məişət zorakılığı qurbanları ilə işləyənlərin fərdi məlumatlarının mediada və digər resurslarda yayılmasının şahidi olurduq".
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































