“Gələn ildən vətəndaşlara daha çox “ƏDV gerial” ödəniləcək”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, “Vergi Məcəlləsinə” gələn ildən “ƏDV gerial” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub:
“Təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər”.
Millət vəkili bildirib ki, yeni qaydalarda məqsəd qeydolunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır:
“Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödənişinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlkaçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək”.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























