Nigeriyanın Katsina əyalətində bir ayda aparılan əməliyyatlarda silahlı şəxslər tərəfindən girov götürülən 69 nəfərin xilas edildiyi bildirilib. Katsina polisinin sözçüsü Aliyu Sadiq açıqlamasında bildirib ki, son bir ayda ştatın müxtəlif yerlərində silahlı insanlara qarşı əməliyyatlar keçirilib.
Sadiq qeyd edib ki, əməliyyatlar zamanı silahlı şəxslər tərəfindən girov götürülən, çoxu uşaq olan 69 nəfər xilas edilib. Əməliyyatlar zamanı 130 silahlının yaxalandığını deyən Sadiq əyalət hökumətinin silahlı insanlara qarşı mübarizədə qətiyyətli olduğunu bildirib.
Nigeriyada «Boko Haram» və «ISWAP» terror təşkilatları, həmçinin silahlı dəstələr son zamanlar müxtəlif bölgələrdə hücumlar həyata keçirir.
Ölkədə adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, hələ də adam oğurluğu hallarına rast gəlinir.
Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri, səyahətçiləri hədəf alır və yüksək məbləğdə fidyə tələb edirlər.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































