Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson bəyan edib ki, İsrail-Həmas müharibəsinin cəmiyyətdə yaratdığı qütbləşmə zorakılıq riskini artırır.
Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson, qarşıdan gələn Milad bayramı dövründə Aİ-də "böyük terror hücumu riskinin" olduğunu söyləyib.
Parisdə bir alman turistin bıçaqlanaraq öldürülməsi səbəbiylə bir araya gələn AB Daxili İşlər Nazirləri toplantısından sonra açıqlama verən Yohansson, İsrail-Həmas müharibəsinin cəmiyyətdə yaratdığı qütbləşmənin şiddət riskini artırdığını bildirib.
Bu məsələ ilə bağlı xəbərdarlıq edilməsinin səbəbləri barədə məlumat verməyən komissar əlavə təhlükəsizlik üçün Aİ-nin daha 30 milyon avro ayırdığını bildirib.
Almaniyanın daxili işlər naziri Nensi Faeser də Aİ-nin təhdid və təbliğatı yaxından izləməli olduğunu vurğulayıb və "zorakılıq edən cinayətkarların daha emosional və radikallaşma riskinin" yüksək olduğunu söyləyib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































